SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Yanvarın 18-də «Sahil» metrosunun qarşısında 01-BO-401 qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomobilin sürücüsünün küçəni zibilləməsi haqqında
 
Avtosfer.az saytında videomaterial paylaşmışdıq. Paylaşdığımız məlumat əsasında qeyd olunan avtomobilin sürücüsü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət olunaraq törətdiyi inzibati xətaya görə 40 manat cərimə edilib. Sürücünün özü də Avtosfer.az saytına inzibati məsuliyyətə cəlb olunması haqqında məlumatı təsdiq edib. Sürücü etdiklərinə görə peşman olduğunu və bir daha belə iş görməyəcəyini bildirib.

Məlumata dərhal reaksiya verdiklərinə Bakı Şəhər DYP-nin əməkdaşlarına təşəkkür edirik.
 
BAKU.WS