SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıya yağan qısa yağış şəhərin bəzi yerlərində əsl problemə səbəb olub.
 
BAKU.WS-in məlumatına görə, xüsusilə Binaqədi rayonunda yolları su basıb və avtomobillərin hərəkəti xeyli çətinləşib. Mehdiabad qəsəbəsindən Azadlıq prospekti metrostansiyasına doğru hərəkət edən 147 nömrəli sərnişin avtobusu Binəqədi şosesində çuxura düşüb. Dərin çuxura düşən avtobus orada qalıb. Avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlər avtobusdan düşürülüblər.
 
Azər Məmmədov