SİZİN REKLAM BURADA!
055 213 76 73



Bildiyiniz kimi ölkəmizdə müxtəlif - istər milli, istərsə də beynəlxalq səpkidə gözəllik müsabiqələri təşkil olunur.

BAKU.WS xəbər verir ki, belə müsabiqələrdən biri də son kastinqi dekabrın 11-də olan "Beauty Queen of Azerbaijan” ("Azərbaycanın Gözəllik Kraliçası”) yarışmasıdır.
 
Yarışmanın münsif heyətində Azərbaycanın tanınmış modelyer-dizaynerləri Afaq Ismayilzadə, Fəxriyyə Xələfova, Gulnarə Xəlilova, stilist-Nəsir Babayev, Fuad Hacıyev, əməkdar artist-Tünzalə Ağayeva, aktyor-aparıcı Şəhriyar Əbilovr, rəqqasə -aktrisa Oksana Rəsulova iştirak ediblər.
 
Qatılmış xanımlar arasından cəmi 24 xanım seçiləcək. Seçilmiş 24 xanımdan 12-si yarı final mərhələsində iştirak edəcək. Azərbaycanda ilk dəfə olaraq keçiriləcək tam fərqli gözəllik yarışmasının yarım-final və final mərhələsində Türkiyənin tanınmış modelyerlərinin Tolqa Cam və Serdar Uzuntaş, eləcə də türk estradasının pop ulduzları - Petek Dinçöz, Merve Özbey, Sinan Akçıl və digərlərinin iştirakı gözlənilir. 

"Azərbaycanın Gözəllik kraliçası” yarışmasında 1-ci yerin sahibi qızıl tac və pul mükafatı, 2-ci və 3-cü yerin sahibləri pul mükafatına layiq görüləcək. 
 
Bununla yanaşı, Türkiyənin tanınmış model şirkəti ilə müqaviləyə də imza atacaqlar.
 
Son kastinqdən olan fotoları nəzərinizə çatdırırıq:
 
Aysel.Ş
BAKU.WS