VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook daha bir yeniliyə imza atır.
 
BAKU.WS-in məlumatına görə, Facebook saytda paylaşılan şəkillərin hansı kamera ilə çəkildiyini, ölçünü və buna bənzər bir çox xüsusiyyəti araşdıraraq tapan bir sistemin patentini alıb. 

"Daily Mail" qəzetinin yazdığına görə, Facebook bu yeni funksiya ilə əlaqədar patent müraciətini yanvar ayında Los Angelesdə elan edib.
 
Yeni sistem başqa bir istifadəçinin səhifəsinə yüklənmiş olsa belə şəkilin əslində hansı Facebook istifadəçisi tərəfindən çəkildiyini təyin edə bilir.
 
Facebook bu sistem sayəsində birdən çox hesab sahibi olan istifadəçiləri və saxta hesabları təsbit etməyi ümid edir.
 
ŞAHİN Həbibov
BAKU.WS