SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.
 
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, abidə ucaldılan parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
 
Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib.
 
Saməddin Mehralıyev
BAKU.WS