SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bir müddət əvvəl ABŞ-ın NASA kosmik agentliyinə dəvət alması ilə bağlı gündəmə gələn həmyerlimiz 20 yaşlı Kənan Əhmədlinin yalan danışdığı məlum olub.

"Qafqazinfo" xəbər verir ki, Kənan AzərTac-a müsahibəsində robot hazırlama üzrə təcrübə proqramını qazandığını və hazırladığı "Mələk beyni” adlı konsepsiyasının bəyənildiyini iddia etmişdi.

Bu gün isə AzərTac sözügedən gənclə bağlı NASA-nın ictimaiyyətlə əlaqələr depatamentinə göndərdiyi sorğunun cavabını yayımlayıb. Məlum olub ki, 20 yaşlı Kənan hamını aldadıb.  

Qurumun ictimiyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Kənan Əhmədlinin NASA-nın kataloqunda qeydiyyatda olmadığını bildirib: "Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan təcrübəçi qəbul edə bilmərik”.
 
BAKU.WS