VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Bakıda yol polisi ilə sürücü arasında əlbəyaxa dava olub. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Nizami metrosu yaxınlığında qeydə alınıb. 
 
Videodan da göründüyü kimi 3 polis əməkdaşı tabe olmayan sürücünü maşına mindirmək istəyir. Ancaq bütün cəhdlərə baxmayaraq polis əməkdaşları istəyinə nail ola bilməyib. Ətrafdan keçən vətəndaşların da məsələyə qarışmasından sonra sürücü polislərdən yaxa qurtarıb və bir anda yoxa çıxıb.
 
Polislər isə maşına minərək hadisə yerindən uzaqlaşmaq istəyib. Bu anda məlum olub ki, polislərdən birinin papağı yerə düşüb. Balaca uşağın diqqəti sayəsində polis papağını tapıb və hadisə yerindən uzaqlaşıb.   
 
Nazim Babayev
BAKU.WS