SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nazirlər Kabineti "Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr"i təsdiq edib.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, qərara əsasən, milli status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 100 manat,  5-7-ci dərəcələr üçün 180 manat,  8-11-ci dərəcələr  üçün  240 manat, 12-15-ci dərəcələr  üçün 300 manat, 16-17-ci dərəcələr üçün 375 manat, 18-19-cu dərəcələr  üçün  500 manat olacaq.

"Akademik" status almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr 70 manat, 5-7-ci dərəcələr üçün  110 manat, 8-11-ci dərəcələr üçün 140 manat, 12-15-ci dərəcələr üçün 200 manat, 16-17-ci dərəcələr üçün  275 manat, 18-19-cu dərəcələr üçün 350 manat müəyyənləşdirilib. "Respublika" statusu almış müəssisələr üzrə işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr 1-4-cü dərəcələr üçün 40 manat, 5-7-ci dərəcələr  üçün  60 manat, 8-11-ci dərəcələr  üçün  80 manat, 12-15-ci dərəcələr üçün 100 manat, 16-17-ci dərəcələr üçün 130 manat, 18-19-cu dərəcələr  üçün 200 manat olacaq.

"Milli", "Akademik", "Respublika" statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr "Teatr və teatr fəaliyyəti haqqında" qanununa əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.

Yeni əlavələrin müəyyən edilməsi ilə əlaqədar "Milli status almış və respublika əhəmiyyətli mədəniyyət müəssisələrinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin müəyyən edilməsi barədə" Nazirlər Kabinetinin 2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarı ləğv edilib.