VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları tərəfindən sentyabrın 30-da Bakı şəhəri, Nizami küçəsi 1 ünvanında yerləşən Sapphire plaze biznes mərkəzində təlim keçirilib.

BAKU.WS xəbər verir ki, nazirliyin xilasetmə qurumlarının əməkdaşlarının cəlb edildiyi təlimin məqsədi yanğın zamanı insanların təhlükəsizliyinin təmin edilməsi olub. Saat 12:15-də verilən həyəcan siqnalı ilə İş mərkəzinin bütün əməkdaşları binanı tərk ediblər. Təxminən 8 dəqiqə ərzində 15 mərtəbəli bina tamamilə boşaldılıb. FHN əməkdaşları Plazanın meydançasına toplaşan insanlara yanğından qorunmaq barədə məlumatlar verib, yanğın balonlarından istifadə qaydalarını izah ediblər.

Təlim planına uyğun olaraq yanğının söndürülməsi və insanların təxliyə olunması üzrə əməliyyatlar uğurla yerinə yetirilib.
 
Zülfüqar Xeyirxəbər 
BAKU.WS