SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Bu gün səhərdən etibarən "Space 104 FM” radiosunun yayımı dayandırılıb.

Bu barədə "Ölkə.az” saytına Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (Teleradio İB) məlumat daxil olub.

Məlumata görə, "Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:

"Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, ancaq borc hələ də ödənilməyib”.
 
 
BAKU.WS