SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sentyabrın 24-də Quba rayonunun Xınalıq kəndinə ilk qar yağıb.

BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Xınalıq kənd sakinləri məlumat verib.

Qısa müddətdə yağan qar yeri nazik ağ örpəyə bürüyüb. Qardan sonra kəndə qısamüddətli dolu yağıb.

Qeyd edək ki, Xınalıq kəndi dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşir.

BAKU.WS