VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saatlarında Bakının girişində böyük tıxac müşahidə olunub


BAKU.WS
-in məlumatına görə, Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti demək olar ki, iflic vəziyyətinə düşüb. Havanın yağıntılı olması onsuz da bərbad olan yolda hərəkəti dayandırıb.

Bakı-Sumqayıt yolu ərazisində çoxlu sayda irili-xırdalı qəzalar baş verib. Həmin yolda avtobusların iştirakı ilə isə 4-5 hadisə qeydə alınıb.

Qəzaların çoxunda insanlar xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Məsələni araşdırmaq üçün Baş Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarədən bildirdilər ki, xəsarət və insan tələfatı olmayan qəzalar barədə məlumat verilmir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirdilər ki, hazırda Sumqayıt-Bakı yolunda tıxac davam edir.


Bununla yanaşı, Yusif Səfərov küçəsində (Mərkəzi Neftçilər Xəstəxanası qarşısında), Ə.Əliyev küçəsi, K.Rəhimov küçəsi, Moskva prospekti, Z.Bünyadov prospekti, İnşaatçılar prospekti, Tbilisi prospekti (şəhər mərkəzi istiqamətində) və Azadlıq prospektində (hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Ziya Səccad
BAKU.WS