SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Son günlər Azərbaycanın aparıcı ödəniş sistemlərinin işində çətinliklər yaranıb. Ödəniş terminallarının xidmətindən istifadə edən zaman aparatların monitorunda sistem müvəqqəti işləməyib. Bu barədə ödəniş sistemlərinin özləri də etiraf edib. Son nəticədə vətəndaşlar bank, kommunal, rabitə və digər ödənişləri həyata keçirə bilmirlər. Bu barədə redaksiyamıza daxil olan şikayətlərin sayı da kəskin artıb. 

 

Məhz bu problemlərdən sonra ən təhlükəsiz ödəniş sistemini müəyyənləşdirmək üçün oxucularımız arasında kiçik araşdırma apardıq. Verilən cavablardan belə məlum oldu ki, ölkədə ən operativ və təhlükəsiz ödəniş sistemi "EasyPay"dir.  

  

Ödəniş sistemləri ilə bağlı yaranan suallarımıza cavab tapmaq üçün BAKU.WS "EasyPay" ödəniş sisteminin icraçı direktoru Hüseyn Useynova müraciət edib.

 

- Hüseyn bəy, ödəniş sistemlərində son günlər ciddi problemlər yaranıb. Vətəndaşlar ödəniş edərkən problemlərlə qarşılaşır. Bu cür texniki problemlərlə üzləşməmək üçün sizin ödəniş sisteminizdə hansı tədbirlər görülüb? 

 

- Onu deyə bilərəm ki, bizim üçün müştəri məmnuniyyəti əsas prioritetdir. Ödəniş edən vətəndaş bizim terminallardan istifadə edərkən hər hansı texniki problemlərin yaranmaması üçün tədbirlər görürük. Bunlardan biri, terminallara qoşulan xüsusi bir sistemdir. Belə ki, müştəri ödəniş edərkən işıq sönərsə, onun əməliyyatı dayanmır. Digər ödəniş sistemlərində bu xidmət yoxdur. Yəni, başqa terminalda ödəniş edərkən işıq sönərsə, sizin əməliyyatınız ödəniş etsəniz belə yarıda kəsilir və pulunuz terminalda qalır. Ancaq bizim terminallarda quraşdırılan sistem sırf müştərinin itki ilə üzləşməməsi üçün tənzimlənib.

  

  

- Hər hansı texniki problemlə üzləşən müştəriyə siz hansı xidməti göstərirsiniz?

 

- Müştəri nəyin ki texniki, hətta öz səhvi ucbatından belə hansısa çətinliklə üzləşirsə, biz dərhal köməklik göstəririk. Məsələn, ola bilər ki, ödəniş edən şəxs işıq pulunu səhv ödəyir. Bu halda müştəri bizim "qaynar xəttim"izlə əlaqə saxlayır və 3 dəqiqə ərzində bu yanlışlıq aradan qaldırılır. 

 

- Bildiyimiz qədər ilə "EasyPay" tək ödəniş terminallarından ibarət deyil. Sizin şirkət vətəndaşlarımız üçün başqa hansı xidmətləri təklif edir?

 

- "EasyPay" şirkəti, Bakı şəhəri və regionlarda 1800-dən çox satış nöqtəsində və ərazilərdə quraşdırılmış mobil, veb və dayanıqlı ödəniş terminalları şəbəkəsi vasitəsi ilə əhali tərəfindən mobil və stasionar rabitə operatorlarının, kabel televiziyası, kommunal xidmətlər, internet və digər kütləvi xidmət təchizatçılarının, həmçinin bank və sığorta sektorunun iştirakçılarının xidmətləri üzrə ödənişlərin operativ və etibarlı şəkildə aparılması təmin edilir. Bununla yanaşı, "EasyPay" şirkətinin veb səhifəsi (www.epay.az) ödənişlərin həm qeydiyyatdan keçməklə, həm də qeydiyyatsız aparılmasına imkan verir. Sayt vasitəsi ilə aparılan bütün ödənişlər və plastik kart məlumatları etibarlı şəkildə qorunur və üçüncü tərəfə əlçatmazdır. 

  

    

- Sizə belə bir sual ünvanlamaq istəyirəm. Sayt vasitəsi ilə ödəniş xidmətiniz var. Müştəri nə üçün ödəniş üçün məhz "EasyPay"in saytını seçməlidir?
 
- Bunun çox sadə cavabı var. Bizim www.epay.az saytında telefon, internet, kabel televiziyası, kommunal xidmətlər və digər ödənişlər həm qeydiyyatdan keçməklə, həm də qeydiyyatsız aparıla bilər. Ödəniş etmək üçün sizə yalnız internetə çıxış lazımdır. Sayta giriş və texniki dəstəkləmə 24/7 rejimində mümkündür. Üç addımlı qeydiyyat üsulu, intuitiv anlaşılan interfeys, daima xidmətinizdə olan texniki dəstəkləmə xidmətimiz mövcuddur. Sizin fərdi məlumatlarınız sertifikatlarla etibarlı mühafizə edilir və cinayətkarlar üçün əlçatmazdır. Etdiyiniz hər ödəniş qəbzlə təsdiq olunur. Saytda aparılan bütün ödənişlər üçün xidmət haqqı tutulmur.
 

   

- Bu cür böyük bir əməliyyat sisteminin idarə olunması çətin deyil?

 

- Bizim təcrübəli və peşəkar kadr resurslarımız var. Şirkətimiz geniş təcrübə və perspektivli inkişaf potensialına malik olma, operativ və keyfiyyətli texniki dəstəkləmə və sorğuların cavablandırılması ilə fərqlənir. Yüksək keyfiyyətlə ödənişlərin həyata keçirilməsi ödəyicilərin sayının durmadan artmasına səbəb olur. "EasyPay" şirkəti üçün müştəri məmnuniyyətinin yüksək səviyyədə təmin edilməsi fəaliyyətin ən mühüm amilidir. 

 

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

 

Şahin Həbibov

BAKU.WS