SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq mallarına təsir edib. 
 
BAKU.WS-in əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olur ki, satışda olan əksər məhsulların qiyməti son 1 ay ərzində artıb.
 
Satıcılar bildirir ki, son bir ayda hiss olunacaq dərəcədə bahalaşma müşahidə olunub. Ərzaq məhsullarındakı qiymətin bahalaşmasını satıcılar ABŞ valyutasının manat qarşısında möhkəmlənməsi ilə əlaqələndirirlər.   

 


 

Mağazalara ərzaq tədarük edən şirkətlər qiymətlərin dəyişəcəyi ilə bağlı artıq marketlərə xəbərdarlıq edib. Xüsusilə, parfumeria və gigiyenik vasitələrin qiymətində yaxın günlərdə artım qeydə alınacaq. Ölkədə yumşaq devalvasiyanın hələ bir müddət də ərzaq məhsullarının qiymətinə təsir edəcəyi gözlənilir.

  

Şahin Həbibov

BAKU.WS