VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bu gün səhər saatlarında Yusif Səfərov küçəsində polisin iştirakı ilə yol hərəkəti hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, insident Bakı şəhər Baş Polis İdarəsinin yaxınlığında qeydə alınıb.
 
Belə ki, polis əməkdaşı Yusif Səfərov küçəsində yolun piyadalar üçün keçid olmayan hissəsindən keçməklə təhlükəli vəziyyət yaradıb. Prezidentin mühafizə xidmətinə məxsus "Nissan Maxima” markalı avtomobilin sürücüsünün peşəkarlığı sayəsində polis əməkdaşının yaratdığı təhlükə aradan qaldırılıb.

Həmin görüntünü təqdim edirik:

ƏLİ
BAKU.WS