SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində "ASAN həyat” kompleksinin açılışında iştirak edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə məlumat verilib ki, kompleksin inşasına 2015-ci ildə başlanıb və tikinti işləri 2016-cı ilin avqustunda başa çatdırılıb. Dördmərtəbəli kompleks binasının ümumi sahəsi 4 min 246 kvadratmetrdir.

Kompleksdəki "ASAN xidmət” mərkəzində vətəndaşlara 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstəriləcək.
 
BAKU.WS