SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İri Bakı neft sahibkarı, mesenat Murtuza Muxtarovun Mərdakandakı bağ evinin fasadı təmir olunur. 
 
BAKU.WS-in məlumatına görə, Mərdəkanda yerləşən Dendrologiya İnstitutundakı bağ evinin fasadı aqlayla üzlənir. Eyni "qotik" üslubunda "gəmi" formasında layihələndirmiş bu tarixi bina Murtuza Muxtarovun ən çox sevdiyi bağ evi olub. Nə qədər qəribə olsada, binanın restavrasiyası zamanı tarixi görkəm nəzərə alınmayıb. Müasir üslubda təmir olunan bina kənardan restoranı və ya bələdiyyə binasını xatırladır. 

Neft milyoneri Murtuza Muxtarovun xüsusi həvəslə inşa etdirdiyi bağ evinin divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarərdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır. Sarayın qərb istiqamətində sağ tərəfdə yataq otağı, sol tərəfdə isə yemək otaqları mövcuddur. Şərq tərəfdə isə qulluqçuların yaşayışı üçün iki mərtəbəli bina ucaldılıb. 
 

 


O, Abşeronu gəzib onu ən gözəl guşəsi və iqlim şəraitini nəzərə alaraq məhz Mərdəkanda bu günkü Dendralogiya İnstitutunu özünə bağ evi seçmişdir. Buraya Lənkarandan gəmilərlə torpaq gətirilmiş və bağa 60-80 sm qalınlığında əlavə torpaq verilmişdi.Ümumi sahəsi 12 ha olan Dendrologiya İnstitutu Abşeron yarımadasının şimal şərq hissəsində, Xəzər dənizindən 3,2 km, şəhərin mərkəzindən isə 40 km məsafədə yerləşir. Ərazi dəniz səviyəsindən 8,2m hündürlükdə olub, illik orta tempratur təxminən 13-15C-yə bərabər olur. Qış aylarında tempratur 8-8,2 C təşkil edir, isti yay günlərində rütubətlik 35- 40% aşağı düşür. Abşeronda illik yağıntının miqdarı 120-270mm-dir. Bu baxımdan Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonalarının iqliminə oxşardır.

 


Bağda su hovuzları ilə yanaşı 6 süni şəlalə inşa edilib ki, buda bağın ümumi kompazisiyasında çox gözəl görünür. Dendrologiya İnstitunun tarixini əks etdirən inşası hələdə hansı əsrə aid olduğu məlum olmayan 4 ədəd yeraltı su kəhrizi təkcə bu bağ üçün deyil həmçinin respublikamız üçün tarixi abidə sayılır. Quyuların diametri 8-13 m, orta dərinliyi isə 36m, təşkil edir. Bu quyuların 3 keçid xətti var.
 
Şahin Həbibov
BAKU.WS