VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Axmed" kikboksinq klubunun rəhbəri, Azərbaycanın K-1 ustası, döyüşçü Zabit Səmədov bu gün rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq. 
 
BAKU.WS-in məlumatına görə, azərbaycanlı idmançıya dəstək vermək üçün bu gün onlarla soydaşımız Qroznıya gedib. Zabit Səmədova dəstək verənlər arasında idmançılar, incəsənət xadimləri və jurnalistlər var.
 
Qeyd edək ki, bu gün Qroznıda Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turniri keçiriləcək. Turnir zamanı Z.Səmədov WBC Muay Thai versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşacaq.
 
Şahin Həbibov
BAKU.WS