SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin Moskvada Azərbaycan Sərgi Mərkəzini ziyarət edib.


BAKU.WS-in məlumatına görə, Azərbaycanın Moskva səfirliyindən bildirilib ki, ziyarət əsnasında Putinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin və digər rus və azərbaycanlı rəsmiləri yoldaşlıq edib.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya dövlət başçısına mərkəzlə əlaqədar qısa məlumatlar verib. Putinin Azərbaycanın tarixi-mədəni mirasıyla əlaqədar layihələri maraqla izlədiyi ifadə edilib.

 

P.Bülbüloğlu Sovet dövründə də Azərbaycanın nəhəng sərgi mərkəzinin əhəmiyyətli fəaliyyətlərdə olduğunu izah edib. Səfir Heydər Əliyev Fondunun sərginin yenidən qurulması işlərində əhəmiyyətli işlər gördüyünü də sözlərinə əlavə edib.

 
Azad Əliyev 
BAKU.WS