VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hər bir azərbaycanlı vətəndaş ölkəyə iki ildə yalnız bir dəfə mobil telefon gətirəcək. 
 
BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə xəbər verib. 

Yeni qayda mobil telefonların ölkəyə qeyri-leqal idxalı ilə mübarizədə böyük imkan yaradacaq. İlkin məlumatlara görə, bu qaydaların tətbiqi dövlət büdcəsinə daxil olmaları artıracaq.

Mobil telefon idxalına tətbiq edilən qaydalar sahibkarlığın inkişafına dəstək verəcək. Yeni qaydalara əsasən, mobil qurğu qeydiyyata alınarkən sahibinin şəxsiyyət vəsiqəsi vasitəsindən istifadə olunacaq. Vətəndaş iki il sonra yeni mobil telefonun təkrar qeydiyyatına görə müraciət etmək barədə məlumat əldə edəcək. Yeni qurğunun qeydiyyatı üçün təkrar müraciət müddəti barədə hələlik qəti qərarlar qəbul edilməyib. Bu məsələ hələlik müzakirə mərhələsindədir", - deyə mənbə bildirib. 

BAKU.WS