SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə çevrilişə cəhddə ittiham olunan 754 Türk Silahlı Qüvvələri hərbçisi nəzarətə alınıb. 

BAKU.WS-in məlumatına görə, çevrilişə cəhd etməkdə şübhəli bilinənlərin hamısı həbs olunub. 

Qeyd edək ki, bu gecə Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını açıqlayıb. Bəyanatda deyilib ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır. Axşam saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olunub. Bir qrup hərbçi  baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib.
 
Qeyd edək ki, bir müddət əvvəl İstanbulda boğaz körpüləri tamamilə bağlanılıb. Bunu da çevriliş cəhdi ilə əlaqəli olduğu bildirilib.
 
BAKU.WS