SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qeyri-adi toy mərasimi olub. Yaşıötmüş qız özünə bəysiz toy edib. Yəni öz özü ilə nikaha girib.
 
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə Facebook istifadəçilərindən biri yazıb.
 
"Bu il eşitdiyim ən qəribə hadisə bu gün baş tutacaq bir toy mərasimidir. Türklərdə bir deyim var: "kendi-kendine gelin güvey olmaq”. Bu deyimin real variantı bu gün Bakıda yaşanır. Telefonla, ağacla, müxtəlif heyvanlarla evlənən qəribə insanlar haqda çox eşitmişik. Amma Bakıda bu gün elə bir toy mərasimi baş tutacaq ki, dünya hələ belə bir toy haqda nə görüb, nə də eşidib.
 
Belə ki, uzun muddətdir ailə həyatı qura bilmək üçün bəy namizədi tapa bilməyən bir xanım, özü üçün bəysiz toy etməyə qərar verib. Xanım təm-təraqla, cah-cəlalla, ədəb-ərkanla bugün özünə toy edir. Amma qəribə burasıdır ki, həmin xanım öz-özünə ailə həyatı qurur. Yəni gəlin də özüdür, bəy də.
 
Nə deyirik, ALLAH xoşbəxt eləsin ! Mübarəkdir!”, - deyə istifadəçi qeyd edib.
 
BAKU.WS-in əldə etdiyi məlumata görə, toy Əhmədli qəsəbəsindəki şadlıq evlərindən birində olub. Qonşular şübhlənməsin deyə, gəlin mərasim zalına başqa qohumlarının evindən gedib. 
 
Hətta adi toylarda olduğu kimi, yaxın qohumlarını və tanışlarını da, toyunda iştirak etdiyi hər kəsə dəvətnamə də göndərib.
 
BAKU.WS