SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"ANS TV"-nin aparıcısı Diana Dadaşova Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi təyin edilib. 

BAKU.WS Report-a istinadən xəbər verir ki, "ANS TV"-nin aparıcısı olan, 2015-ci il oktyabrından isə həm də www.anspress.com saytında redaktor vəzifəsində çalışan D.Dadaşova 1988-ci il təvəllüdlüdür. O, 2010-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə, 2013-cü ildə isə "Beynəlxalq münasibətlər" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

"ANS TV"-də "Hesab vaxtı" verilişində aparıcı vəzifəsində çalışıb.