VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün bölgələrlə yanaşı, Bakının bir sıra ərazilərində də qaz təminatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in "Azəriqaz”a istinadən məlumatına görə, yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv olunması, qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyunun 22-də saat 9:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Səbail rayonunun Bayıl, Badamdar və 20-ci sahə yaşayış massivlərində, həmçinin Nərimanov rayonunun Azadlıq və Atatürk prospektlərində, Ə.Əliyev, C.Hacibəyli ,T.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.