SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonu Fətəli xan Xoyski 138-140 ünvanında sakinlər ağacların kəsilməsinə etiraz olaraq aksiya keçiriblər. 

BAKU.WS xəbər verir ki, sakinlər avtomobil yolunu bağlayıblar.  Hadisə yerinə gələn polislərlə vətəndaşlar arasında qarşıdurma olub. Bir nəfər xəsarət alıb. Sakinlərlə aparılan danışıqlardan sonra yol açılıb.  

Məlumata görə, ağaclar "Beqnaft” hüquq şirkəti MMC tərəfindən kəsilir. Şirkət ərazidə tikinti aparmağı planlaşdırır.  

BAKU.WS