VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı şəhərinin Nəsimi rayonunda kirayə yaşayan Sabirabad rayon sakini həyat yoldaşının itkin düşməsi ilə bağlı polisə müraciət edib.

BAKU.WS lent.az-a istinadən bildirir ki, Qasımzadə küçəsində kirayə yaşayan, 1984-cü il təvəllüdlü Mehdi Əlirzayev (ad və soyadlar şərtidir) Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, onunla qeyri-rəsmi nikahda yaşayan, 1999-cu il təvəllüdlü Dərziyeva Mətanət Sabir qızı mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. M.Əlirzayev həyat yoldaşının xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.

Qeyd edək ki, polisə müraciət edən şəxs özündən 15 yaş kiçik həyat yoldaşının yaşı rəsmi nikaha daxil olmağa kifayət etmədiyi üçün onunla münasibətini rəsmiləşdirmədiyini bildirib. O, ailəsində hər hansı problemin olub-olmaması ilə bağlı ətraflı qeyd etməyib.
 
Müraciət əsasında araşdırma aparılır.