VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir neçə həftə Ukraynanın Lvov şəhərində Azərbaycan və erməni idmançılar arasında kütləvi davadan sonra tərəflər barışığa imza atıblar. 

BAKU.WS-in məlumatına görə, hər iki tərəfin Lvov şəhər icması görüşərək polisə şikayət ərizəsini geri götürməyə razılıq verib. 

Qeyd edək ki, mayın 13-də Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa çempionatında Azərbaycan və Ermənistan idmançıları, məşqçiləri eləcə də döyüşü izləyənlər arasında dava düşmüşdü. 

Azərbaycan idmançısı Orxan Mehdiyev erməni idmançı üzərində qələbə qazanıb və bu da qarşı tərəfin aqressiyasına səbəb olub: "Bizim idmançı Orxan Mehdiyev qalib gəldi. Bundan sonra Azərbaycanın qələbəsini həzm edə bilməyən ermənilər davaya cəhd etdilər. Davanın yaranmasına əsas səbəb isə qondarma Dağlıq Qarabağ "bayrağı"nın qaldırılması olub. Bundan sonra iki tərəf arasında insident yaşanıb. Nəticədə Azərbaycan tərəfi ermənilərin əlində olan oyuncaq bayrağı götürərək cırıb və ayaqlar altına atıblar".

Qeyd edək ki, davada zaldakıların hamısı iştirak ediblər.

BAKU.WS