VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər veriləcək. ANS PRESS-in məlumatına görə, Maarifçi Tələbə Kredit Fondunun (MTKF) fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunan media-brifinqdə MTKF-in icraçı direktoru Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, fondun əsas missiyası bu yolla onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. "Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Fonda Azərbaycan vətəndaşı olan, təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Onların yaşı 25-dən çox, ailəsinin kredit borcu, ailə gəliri il ərzində 10 min manatdan çox olmamalıdır".

Onun sözlərinə görə, fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə BDU, Dillər, Pedaqoji Universitet, Neft və Sənaye Universiteti, Texniki, Dövlət İqtisad, Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan, Gəncə və  Sumqayıt Dövlət Universitetləri təşkil edib. 
 
BAKU.WS