SİZİN REKLAM BURADA!
055 213 76 73


 

AzNews.az-ın əldə etdiyi məlumata görə, ANS şirkətlər qrupu vaxtilə televiziyada işləmiş, lakin sonradan yolları ayrılmış əməkdaşlarını yenidən TV-yə dəvət edir.
 
Artıq bir neçə keçmiş işçi - Hüseyn Azəri, Zənurə Talıbova işə başlayıb.

Daha bir neçə keçmiş ANS-çinin, həmçinin Amil Hacıyevin teleşirkətdə işə başlamalarıyla bağlı danışıqlar aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl Fidan Quliyeva yenidən ANS-də çalışmağa başlayıb. O, şirkətin baş redaktoru vəzifəsinə təyin edilib.
 
BAKU.WS