VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Qardaşı ilə maşında gedən qızı qaçırmaq istəyiblər. Şübhəli şəxs odlu silahla hədə qorxu gəlib. Şəxsin məqsədi hələki tam olaraq bəlli deyil. Səs-küy düşdüyündən əli silahlı şəxs qaçmağa məcbur olub.

BAKU.WS anspress-ə istinadən xəbər verir ki, axşam saatlarında Nəsimi rayonu Azadlıq prospektri 28 ünvanında qız qaçırmağa cəhd olub. Hadisə Beyləqan rayon sakini 26 yaşlı Mövsüm Rəhimov özünə məxsus "Lada" markalı avtomobillə gedən zaman baş verib. Bu vaxt bacısı - 28 yaşlı Vüsalə Rəhimova da maşında olub.

Zərərçəkənlərin iddiasına görə, onlar yolda hərəkətdə olarkən "Lexus" markalı avtomobil onlara yaxınlaşıb. Bundan sonra isə "Lexus"un sürücüsü Mövsüm Rəhimova tapança çıxararaq onu hədələyib. Bu zaman bacısı Vüsaləni özü ilə aparmaq istədiyini deyib. Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən "Lexus"un naməlum sürücüsü ərazini dərhal tərk edib. Hələki faktla bağlı rəsmi açıqlama verilməyib və şübhəli də bəlli edilməyib. İstintaq davam edir.
 
BAKU.WS