VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


AzTV-nin direktor müavini İbrahim Məmmədov Almaniya Bundestaqının "erməni soyqırımı” ilə bağlı qərarını tənqid edib. 

BAKU.WS xəbər verir ki, öz Facebook səhifəsində yazdığı şərhində vaxtilə Almaniyanı tənqid etdiyinə görə, onu təhqir edənlərin susqunluğuna irad bildirib.

"Almaniyanın "incə könlünü qırdığıma", "mersedeclər ölkəsini" tənqid etdiyimə görə məni təhqir edənlər indi haradadır? Alman aptekindən aldığınız yüksək keyfiyyətli dərmanlarla bu yaranı sağalda bilərsinizmi? Başa düşmək lazımdır ki, Vətənlə müqayisədə başqaları müvəqqəti, Vətən isə əbədidir! Vətən kiçik, gücü az olanda onu atmırlar. Təhqir olunsan da, uduzsan da onu müdafiə edirsən”, - İbrahim Məmmədov əlavə edib.

BAKU.WS