VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Dövlət başçısı Respublika Günündə etdiyi çıxışda ölkənin həm daxili, həm xarici siyasəti, demokratik inkişafı ilə bağlı mühüm açıqlamalar və ipucları verib.

Mayın 27-də "Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda prezident İlham Əliyev çıxışında sensasion sayıla biləcək bəyanatlar səsləndirib və həm də ölkənin gələcəkdə həm daxili, həm  xarici siyasəti, eləcə də demokratik inkişaf yolu ilə bağlı mühüm ipucları da verib. 

Prezident ölkədəki siyasi vəziyyətlə bağlı danışarkən "əgər təhlükəsizlik və sabitlik olmasa, əlbəttə ki, demokratiyadan, iqtisadi və sosial inkişafdan söhbət belə gedə bilməz və biz bunu yaxın tarixdən görürük”, deyərək, buna misal olaraq  MDB məkanındakı, Avropadakı, Yaxın Şərqdəki vəziyyəti xatırladıb. " Demokratik normalar pozulur, ayrı-seçkilik meyilləri güclənir, milli-dini zəmində qarşıdurmalar, anlaşılmazlıq və müharibələr başlayır. Televiziyalardan görürük ki, inkişaf etmiş ölkələrdə nümayişçilərə qarşı necə zorakılıq tətbiq edilir. Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur. 

Əlbəttə, hər kəs bilir ki, bunun hamısı yalandır. Azərbaycanda heç kim vəhşicəsinə döyülmür, heç kim söyülmür, heç bir məhdudiyyət qoyulmur”, deyən dövlət başçısı zənnimizcə, ilk dəfə olaraq Azərbaycana yönləlik ittihamlarda ən çox rast gəlinən "avtoritarizm” ifadəsini  işlədib: "Bizə gəldikdə bu uydurma ittihamlar avtoritar rejim kimi xarakterizə edilir, ancaq demokratiyanın beşiyi sayılan ölkələrdə bu günlərdə televizordan gördüyümüz o videosüjetlər demokratiya sayılır. Necə ola bilər ki, nümayişçilər vəhşicəsinə döyülür, söyülür, təhqir edilir, bu, demokratiya hesab edilir”. 

Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın. Bu da bəzi qüvvələr tərəfindən qəbul edilmir. Çünki onlar öyrəşiblər, başqa yerlərdə ölkələr onların iradəsi ilə idarə olunur. Hədəf isə əlbəttə ki, Azərbaycanın siyasi rəhbərliyidir və mənəm. Çünki mən bu ölkənin başında dayanıram və Azərbaycanın siyasətini mən müəyyən edirəm. Azərbaycanın müstəqilliyinin də qarantı mənəm və Azərbaycan xalqıdır.” 
 
BAKU.WS