SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycan ordusu şimalda və cənubda bəzi əraziləri ələ keçirib. Bu ərazilər müvəqqəti olaraq rəqibin nəzarətindədir".
 
BAKU.WS-in məlumatına görə, bunu Ermənistanın xüsusi təyinatlı kəşfiyyat diviziyasının komandiri və yaradıcılarından olan Vova Vardanov deyib. Onun sözlərinə görə, 700 – 800 hektar ərazi səngərlər arasında yaranmış neytral zonadır:
 
"Azərbaycanın götürdüyü ərazilər əhəmiyyətlidir. Təbii, bir mövqe əhəmiyyətli strateji qiymətə malik deyil, amma bu birmənalı böyük taktik və operativ qiymətə malikdir. Azərbaycan artıq Talış istiqamətində bizim arxa cəbhədəki mövqelərimizi müşahidə edir. Taktik nöqteyi nəzərdən onlar bizim çox sayda hərbi qulluqçumuzu məhv edə bilər", - Vova Vardanov əlavə edib.
 
Şahin Həbibov
BAKU.WS