VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əfqanıstanda qəzaya uğrayan Azərbaycana məxsus təyyarədə ölənlərin sayı açıqlanıb.

BAKU.WS-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə təyyarədə olan 7 nəfər ölüb, 2 nəfər isə ağır yaralıdır.

Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir. Ekipaj üzvlərindən 5-i Azərbaycan vətəndaşıdır. Kapitanın isə Özbəkistan vətəndaşı olduğu bildirilir.

Əfqanıstanda baş vermiş "Silk Way"  avia-şirkətinə məxsus təyyarənin qəzasında həlak olanların şəxsiyyəti  açıqlanıb.

Qəzada həyatını itirənlər :

 - Rəşid Şaydanov  (Komandir)
 - Altay Abdullayev (İkinci pilot)
 - Nadir Rzayev (Bort Mexaniki)
 - Nazim Əsədullayev (Şturman)
 - Firdovsi Əliyev (Bort radist)

Məlumatı həyatlarını itirən həmyerlilərimizin yaxınları çatdırıb. Siyahı Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hələki təsdiq olunmayıb.

BAKU.WS