SİZİN REKLAM BURADA!
055 213 76 73



Hazırda Tərtər rayonunda nisbi sakitlik hökm sürür. Bu barədə ANS PRESS-in bölgə müxbiri xəbər verir. Ermənistan silahlı bölmələrinin atdığı artilleriya mərmiləri taxıl sahələrinə düşüb.

Azərbaycan Ordusu qarşı tərəfin döyüş mövqelərinə cavab zərbələri endirib.

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozaraq yaşayış məntəqələrini atəşə tutması nəticəsində ölən və yaralanan olmayıb. Bu barədə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.

O bildirib ki, ermənilər artilleriyadan rayonun Yuxarı Qapanlı və Qəzyan kəndlərini atəşə tutub. İcra başçısının sözlərinə görə, artilleriya mərmiləri mərmiləri əkin sahələrinə düşüb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda mayın 13-ü saat 18.20 radələrindən etibarən Ermənistan silahlı bölmələri tərəfindən Tərtər rayonunun Qazyan kəndinin ərazisi 120 millimetrlik minaatanlardan atəşə tutulmağa başladığı bildirilirdi. 

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən əməliyyat şəraitinə uyğun tədbirlər həyata keçirilir, düşmənin atəş nöqtələrinə cavab zərbələri endirilir.
 
Bu cür təxribatların nəticəsi olaraq gələcəkdə baş verə biləcək hadisələrə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür.
 
BAKU.WS[media=]