VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin Hakkari vilayətinin Çukurca kəndində səhər saatlarında təhlükəsizlik qüvvələri ilə PKK terrorçular arasında şiddətli qarşıdurma baş verib.
 
BAKU.WS-in məlumatına görə, atışma zamanı 6 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Qarşıdurmadan 1 saat sonra hadisə yerində bir "kobra" vertolyotu texniki bir səbəbdən qəza edib. Vertolyotun 2 pilotu şəhid olub.
 
Bölgəyə F-16 təyyarəsi, hərbi vertolyotu, pilotsuz uçan aparat və çox sayda canlı qüvvə cəlb edilib. Terroristlərin zərərsizləşdirilməsi üçün aparılan əməliyyatda 6 terrorçu məhv edilib. 

Əməliyyat davam edir.

Şahin Həbibov
BAKU.WS