VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Danışıqlar prosesində uğur əldə edilməsi prosesin hər hansı ilkin şərt olmadan başlayacağı halda mümkündür”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceysm Uorlik bunu Ermənistanın "Aykakan Jamanak” qəzetinə müsahibəsində deyib. O bildirib ki, tez bir zamanda danışıqların başlanacağına ümid edir: "Qarabağ münaqişəsinin ədalətli və qərəzsiz həlllinin əsasında hərbi gücdən istifadə etməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri dayanacaq”. C. Uorlik qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli tənzimlənməsi kontekstində müəyyənləşdiriləcək ki, bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması da daxildir. Diplomatın sözlərinə görə, həmsədrlər münaqişə tərəfləri ilə ən yüksək səviyyədə daimi təmasları dəstəkləyir: "Hazırda münaqişənin həlli istiqamətində konkret planlar yoxdur, lakin biz istənilən vaxt münaqişənin tənzimlənməsi ilə bağlı növbəti addımların konkretləşdirilməsi məqsədilə regiona səfər etməyə hazırıq. Hazırki mərhələdə bizim prioritetimiz uzunmüddətli atəşkəs rejiminə əməl edilməsidir”. Xatırladaq ki, Ermənistan danışıqları davam etdirmək üçün bəzi şərtlər irəli sürmüşdü.
 
BAKU.WS