VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başa çatıb.
 
BAKU.WS Publika.az xəbər verir ki, "Globe” arenada keçirilən birinci yarımfinalda 18 ölkənin təmsilçiləri çıxış edib. Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 14-cü çıxaraq "Miracle" mahnısı ilə finala vəsiqə qazanıb.
 
Finala vəsiqə qazanan digər ölkələr isə bunlardır: Rusiya, Macaristan, Niderland, Xorvatiya, Avstriya, Ermənistan, Çexiya, Kipr və Malta. Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır. 
 
Qeyd edək ki, ikinci yarımfinal mayın 12-də, "Eurovision 2016”-ın finalı isə mayın 14-də baş tutacaq.
 
BAKU.WS