VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Qoç - çoxlu problemlər yaranacaq. Rəqib və ya düşmən düşündüyünüzdən güclü deyil.

Buğa - qarışıq gündür. İllərdən bəri etibar etdiyiniz, inandığınız insan sizə xəyanət edə bilər.
 
Əkizlər - planlar baş tutmasa, ruhdan düşməyinƏlverişli anı gözləyərək hərəkət edin.
 
Xərçəng - köklü dəyişikliklər yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nikbin, gülərüz, səmimi olun.
 
Şir - işlərin çoxu istədiyiniz kimi alınmayacaq. Buna rəğmən ümidinizi itirməyin. Çətin vəziyyətə düşən və sizə yardım üçün müraciət edən insana kömək edin.
 
Qız - görüləcək işlərin dəqiq və konkret planını hazırlayın. Mübahisələrə qatılmayın, hansısa tərəfi tutmayın.

Tərəzi - intuisiyanız sizə kobud səhvlərə yol verməməyə yardım edəcək. Səfər, səyahəti təxirə salmayın.
 
Əqrəb - baş verənlərə rəğmən əhvalınızı korlamayın. Mövqeləri və fikirləri sizdən çox fərqli olan insanlarla da dil tapın.
 
Oxatan - özünüzdən və yaxın ətrafınızdakı mümkün olmayanları tələb edərək vəziyyəti gərginləşdirməyin. Başqalarının sizin barənizdə düşündüklərinə və dediklərinə əhəmiyyət verməyin.
 
Oğlaq - iradəli olun. Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Anlaşma və sövdələşmələr gəlir gətirəcək.
 
Dolça - işgüzar fəaliyyət baxımından uğurlu gündür. Sərfəli anlaşma və sövdələşmələrə nail ola bilərsiniz.
 
Balıq - kiçik maliyyə itkiləri ola bilər. Ailə üzvləri ilə münaqişə yaratmayın.