VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Sabah Bakı şəhərinin Nəsimi, Yasamal, Binəqədi və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə BAKU.WS-ə "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, diametri 200 mm-lik siyirtmənin təmiri və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 11-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Çiçək yaşayış massivində, Abşeron rayonunun Xırdalan şəhəri və Qobu, Güzdək, Hökməli qəsəbələrində, həmçinin Nəsimi və Yasamal rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
BAKU.WS