SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistan baş naziri Ovik Abramyanın Qarabağ səfərindən yeni görüntülər ortaya çıxıb. 
 
BAKU.WS-in məlumatına görə, erməni baş nazir Azərbaycanın işğal olunmuş torpaqlarına səfəri zamanı təmas xəttində olub.
 
Azərbaycanın aprelin əvvəlində gedən şiddətli döyüşlərdə işğaldan azad etdiyi torpaqları seyr edən baş nazir hərbçilərdən məlumat alıb. Açıq ərazidən mövqelərimizi izləməyə ürək etməyən baş nazir balaca deşikdən ürkək baxışlarla qarşı tərəfi seyr edib.
 
Xatırladaq ki, bir müddət öncə Ermənistan prezidenti də Qarabağa səfər etmişdi. Analoji vəziyyət Serj Sarkisyanın da səfəri zamanı müşahidə olunmuşdu.
 
Şahin Həbibov
BAKU.WS