VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Birinci sinifə qəbul zamanı uşaqlardan imkansız şeylər tələb olunur.
 
BAKU.WS-in redaksiyasına paytaxt sakinlərindən birinin şikayəti daxil olub. Valideynin sözlərinə görə, bir neçə gün əvvəl birinci sinifə uşaq qəbulu müsabiqəsi zamanı komissiyanın üzvlərindən biri 6 yaşlı uşağa Azərbaycanın bayrağını götürməyi və onu zibil qabına atmağı xahiş edib. Uşaq isə müvafiq olaraq bu xahişi yerinə yetirərək bayrağı zibil qabına atıb. Bundan sonra komissiyanın üzvləri uşağı birinci sinifə qəbul etməyiblər. 

Komissiyanın üzvünün xahişinə uşağın reaksiyası tamamilə normal idi, çünki evdə praktik olaraq bütün uşaqlara deyirlər ki, müəllimlərə diqqətlə qulaq assınlar. Sözügedən hadisə Bakının mərkəzində yerləşən gimnaziyalardan birində olub.
 
Aydındır ki, komissiyanın üzvləri, psixoloji təzyiq metodlarından istifadə edərək, uşaqlarda vətənpərvərlik səviyyəsini, həmçinin stress vəziyyətlərində düzgün qərar qəbul etmək bacarığını yoxlayırlar. Ehtimal ki, pedaqoqlar unudurlar ki, onların qarşısında 6-7 yaşlı uşaqlar dayanır. Bir yanlış söz uşaqda bir yığın kompleksi inkişaf etdirə, oxumaq arzusuna son qoya və ümumiyyətlə onun həyatınl korlaya bilər. 

Qeyd edək ki, müsabiqədə uşaqlara onlarla qəliz sual verilir: Qara dəniz hansı rəngdədir? Azərbaycanın bayrağının rənglərinin mənası nədir? Azərbaycanın gerbinin mənası nədir? 

Həmçinin birinci sinifə götürülən uşaq artıq səlis oxumalıdır, yazmalıdır və ilkin hesablamanı bilməlidir. Burada sadə sual yaranır: "O zaman birinci sinifdə uşaqlara nə öyrədirlər?" 

Nəticədə valideynlər ya özləri uşaqlarını öyrətməyə çalışır, ya da repetitora pul ödəyərək bu işi onlara həvalə edirlər. İcbari təhsilin pulsuz olduğu bir ölkədə valideyn pul ödəməyə məcbur olur. Azərbaycan qanunvericiliyinə əsasən, Azərbaycan vətəndaşının övladı ümumtəhsil məktəbində tamamilə pulsuz əsaslarla təhsil almalıdır. Belə olan halda valideyn niyə ödəniş etməlidir? 
 
Bundan başqa, sizə bir neçə sual təqdim edirik. Bu suallar komissiya tərəfindən 6 yaşlı uşaqlara verilir. Suallara cavab verməyə cəhd edin.
 
Hüseyn Səfərov
BAKU.WS