SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda piyada keçidindən kənarda yolu keçən yol polisinin görüntüləri yayımlanıb.

BAKU.WS oxu.az-a istinadən bildirir ki, hadisə paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, görüntülərdə yol polisi piyada keçidindən kənarda yolu qaçaraq keçib.

Halbuki, yol polisinin keçdiyi ərazidən 50 metr yaxınlıqda piyada keçidi mövcuddur.

Qeyd edək ki, piyada keçidindən kənarda yolu keçən piyadalar İnzibati Xətalar Məcəlləsinin 153-cü maddəsinin tələbinə uyğun olaraq 20 manat miqdarında cərimə edilirlər.
 
BAKU.WS