SİZİN REKLAM BURADA!
055 213 76 73


 

MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmanın ən qorxunc üzvü hesab edilən general Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan təhdid və şantaj yolu ilə 3 milyon manat qoparmasının yeni təfərrüatları məlum olub. Çovdarov Tağı Əhmədovu Xətai rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədovla təhdid edib, onu həbs edəcəyi ilə hədələyib, habelə digər ailə üzvlərinə qarşı repressiv addımlar atılacağı haqda xəbər göndərib. 

Ümumiyyətlə A.Çovdarov T.Əhmədovu ona görə hədəfə alıb ki, Bakı Metropoliteninin rəhbəri qazandığı pullardan MTN-in "kassası”ına haqq vermirmiş. Məlum olduğu kimi Mahmudov-Çovdarov bandası aralarında nazirlər də olmaqla bir çox yüksək vəzifəli məmurları onlara aylıq haqq verməyə məcbur edib. 

Virtualaz.org saytının istintaqa yaxın mənbəyə istinadən yaydığı məlumata görə Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon manat alması barədə ifadəni onun özü yox, XİN-də işləyən oğlu Ruslan Əhmədov və qardaşı oğlu Əli Əhmədov veriblər. Onlar istintaqa təqdim etdikləri yazılı ifadədə göstəriblər ki, 3 milyon manatı "Fəxri Xiyaban”ın qarşısında Akif Çovdarova şəxsən çatdırıblar. Gözlənilir ki, bu iş üzrə Tağı Əhmədov Akif Çovdarovla yenidən üzləşdiriləcək. Hərçənd ki, onun adı Çovdarovun işində rəsmən zərərçəkən kimi keçmir. 

Maraqlıdır ki, Tağı Əhmədov Akif Çovdarovun ondan 3 milyon manat almasını təkzib edib. Sabiq rəis musavat.com əməkdaşına deyib ki, mətbuatda barəsində yer alan informasiyalar həqiqətə əsaslanmır. T.Əhmədov hətta deyib ki, bu məlumatlar onda gülüş doğurur. Son məlumatların yayılması həqiqətən də gülməli vəziyyət yaradıb və obyekti də bəllidir. 

Xatırladaq ki, T.Əhmədovun A.Çovdarova 3 milyon verməsinin səbəbi kimi şantaj göstərilirdi. Bu haqda musavat.com-a etibarlı mənbə məlumat verib. Həmin məlumatda bildirilir ki, Akif Çovdarovun əlində Tağı Əhmədov haqda şok video görüntülər olub. General həmin görüntülər olan diskin üzə çıxarılmaması müqabilində metropolitenin sabiq rəisindən 3 milyon manat qopardıb.  
 
BAKU.WS