VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Beyləqanda qeyri-adi açılış məraismi keçirilib.

BAKU.WS xəbər verir ki, Azərbaycan tarixində ilk dəfə tualetin təmtaraqlı açılış mərasimi baş tutub. Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda reallaşıb. Belə ki, Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşaq – yəni tualet istifadəyə verilib. 

Açılış mərasimində orta məktəbin müəllim və şagird kollektivi, Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev iştirak edib. Abdullayev qonaqlara rayon haqqında məlumat verib, Azərbaycanda həyata keçirilən layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını ifadə edib.
 
Tsuquo Takahaşi layihənin başa çatması ilə əlaqədar müəllim və şagirdləri təbrik edib, ölkəsinin Azərbaycanda həyata keçirdiyi sosial layihələrdən danışıb. Bildirilib ki, Yaponiya hökuməti indiyədək Beyləqan rayonunda 2 layihə həyata keçirib və bu, 3-cü layihədir. Layihənin ümumi məbləği 90 min 300 ABŞ dollarıdır.
 
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olub, şagirdlərin rəsm sərgisinə və idmançıların çıxışlarına baxıblar.
 
Qeyd edək ki, tualet Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı çərçivəsində həyata keçirilən "Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi əsasında tikilib.

 BAKU.WS