VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bu gün Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəsmi olaraq işlə təmin edildim və sabahdan işə başlayacam”.
 
BAKU.WS xəbər verir ki, bu barədə ANS PRESS-ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun cənub bölgəsində vətəndaşları qəbul edərkən ev və işlə təmin etdiyi, hər iki ayağını itirmiş keçmiş əsgər Sərxan Tahirzadə danışıb. Qazi bildirdi ki, aprelin 29-da nazir Masallıda vətəndaşları qəbul edərkən onun görüşünə gedib:

"O, mənimlə çox səmimi görüşdü və bildirdi ki, məni ev və işlə təmin edəcək. Mənə hazırda Hövsan qəsəbəsində ailəmlə qalmaq üçün ev verilib, bütün xərclərimiz qarşılanır. Mənə bildirildi ki, yaxın zamanda tikintisi bitəcək binalardan birində ev də veriləcək".  2014-cü ildə ermənilərin cəbhədə törətdikləri təxribat nəticəsində yaralanan və hər iki ayağı amputasiya edilən gənc bir neçə gündür ki, paytaxta gəldiyini deyib. 

S. Tahirzadə bildirdi ki, o, FHN akademiyasında mühasibatlıq şöbəsində işlə təmin edilib.

2014-cü ilin  avqust ayında Ermənistan ordusunun cəbhədə aktivləşməsi zamanı Azərbaycan ordusunun 8 əsgəri şəhid olmuş, daha bir neçə əsgərimiz yaralanmışdı. Ölkəmizdə müalicə edilən hərbçilərimiz daha sonra müalicələrini davam etdirmələri üçün Türkiyəyə aparılmışdılar. Türkiyədə müalicə edilən hərbçilərdən biri olan Sərxan Tahirzadə 2014-cü ilin dekabrın 17-də vətənə qayıdıb. Onun hər iki ayağı amputasiya edilib.

Sərxan Tahirzadə- Hər iki ayağı amputasiya edilən keçmiş əsgərSərxan Tahirzadə- Azərbaycan ordusunun qazisi
 
BAKU.WS