SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Səhliyalı" müəssisəsində bundan sonra heyvanların kəsimi ilə məşğul olan sexlər fəaliyyət göstərəcək. 
 
Bunu BAKU.WS-ə açıqlamasında müəssəsinin istehsalat üzrə müdir müavini Rəfael Məmmədov deyib. O bildirib ki, sexlərin tikintisi artıq yekunlaşıb:
 
"İki il öncə dövlət proqramı olaraq kəsim sexlərinin yaradılması və qurulması ilə əlaqədar olaraq bizə tapşırıq verildi. Bu proqramı Kənd Təsərrüfatı naziri küçələrdə qeyri-qanuni kəsimlərin qarşısını almaq məqsədi ilə hazırlayıb. Artıq bundan sonra "Səhliyalı" müəssisənin daxilində kəsim sexləri fəaliyyət göstərəcək. Bununla əlaqədar iki il öncə türkiyəli mütəxəssislərlə birgə layihə hazırladıq və layihənin kəsim sexi üzrə tikintisinə başladıq. Son tamamlama işləri gedir. İstehsalat sahəsi tam hazırdır. İstehsalat sahəsi 2600 kv/m, mal qəbulu sahəsi 600 kv/m, ofislər 1100 kv/m-dən ibarətdir. Bütün sahələr gigiyena qaydalarına uyğun materiallarla təchiz olunub. Qida təhlükəsizliyi nəzərindən bütün normalara riayət olunmağa calışılır. Eyni zamanda, müxtəlif qurumlara İSO 22000-nin tətbiqindən ötrü müraciət olunub. Bu standartları da aldıqdan sonra yarımfabrikatların və ət məhsullarının satışına başlayacağıq".

Keyfiyyətə Nəzarət Şöbəsinin rəhbəri Şəhla Yusifzadənin sözlərinə görə, müəssisədə donuz əti və yağından qətiyyən istifadə edilmir: "Burada yüksək keyfiyyətdə, gigiyenik şəraitdə və halal qaydalara uyğun heyvan kəsimləri həyata keçirilir. Şirkətin avadanlıqları isə Almaniyadan gətirilib. Bu kəsim yerində ən son texnologiya və standartlar müəyyənləşdirilib. Kəsim prosesində baytar həkim də iştirak edir. Heyvanlar baytar tərəfindən ilkin müayinədən keçəndən sonra kəsimə göndərilir. Kəsilmiş ətlər də növbəti müayinədən keçirilir. Bunun üçün heyvanın xüsusi hissələrindən nümunələr götürülüb, laboratoriyaya göndərilir. Laboratoriyadan keçən ətlər isə istehsalata buraxılır”.

Qeyd edək ki, "Səhliyalı” müəssisəsi 1996-cı ildən fəaliyyət göstərir. "Səhliyalı” firması bu gün – müasir, stabil, satış bazarında məşhur bir müəssisədir. Firmaının əsas fəaliyyəti ət məhsullarının istehsalıdır. İstehsal olunan məhsulların geniş çeşidi alıcıları öz dadı və keyfiyyəti ilə razı salır.
 
2009-cu ildən müəssisənin açdığı yeni zavod isə alman avadanlıqları ilə təchiz olunub. Bundan başqa müəssisənin öz yardımçı təsərrüfatı da var. 1000- 1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı diyarımızın ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Ət tələbatının bir hissəsini həmin ferma vasitəsilə təmin edən şirkət toyuq ətini Azərbaycandakı broylerlərdən alır. Təsərrüfatın əsas xətti kökəltmə-ətçilikdir.

"Səhliyalı” kiçik müəssisəsi iki sexdən ibarətdir: 1. "Halal nemət, 1000 bərəkət” məhsullarını emal edən sex - məhsulların hallalığına 100 faiz zəmanət verir. 2. Strandartlara uyğun başqa məhsullar "BS” adı altında cəmləşərək, digər sexdə istehsal olunur.
 
BAKU.WS