SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyadan gəlmiş həkimlər Ermənistanda və Qarabağda yaralı əsgərləri əməliyyat edib.
 
BAKU.WS-in məlumatına görə, Rusiyanın erməni Travmatoloq-Ortopedlər Assosiasiyasının həkimləri Ermənistan ordusuna yardım məqsədilə Qarabağa yollanıb. Assosiasiyasının dörd həkimi Qarabağda gedən döyüşlərdə ağır yaralanan hərbi qulluqçuları əməliyyat edib. 

Assosiasiyanın üzvü, Moskva Mərkəzi İnstitutunun həkim-cərrahı, Qriqor Karapetyan jurnalistlərə bildirib ki, Xankəndində bir həkim daim qalacaq və onlara informasiya verəcək: "Həkimin məlumatına uyğun olaraq bura əlavə həkim briqadaları da gələcəklər. Biz əsgərlərin əməliyyatı və müalicəsi üçün xəstəxanalara dəstək verəcəyik. Bu dəfə çox mürəkkəb çətin əməliyyatlar etdik, — deyə Karapetyan əlavə edib. 
 
Son məlumata görə, daha iki həkim may ayında Ermənistana gələcək və Qarabağa yola düşəcək.
 
BAKU.WS