SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Cəbhədə ağır məğlubiyyətə uğrayan Ermənistan Ordusunun hərbçiləri arasında ruh düşkünlüyü pik həddə çatrıb.
 
BAKU.WS-in məlumatına görə, strateji mövqelərdən geri çəkilən ermənilər arasında ruh yüksəkliyi yaratmaq üçün separatçı ordunun rəhbərliyi ən müxtəlif yola əl atır. Ön cəbhəyə I Qarabağ müharibəsində döyüşmüş şəxslərlə yanaşı, aktrisa, şoumen və teleaparıcıları əsgərlərlə görüşə göndərən ordu rəhbərliyi onlarda süni də olsa ruh yüksəkliyi yaratmaq istəyir.
 
Bu cür qonaqlardan biri də keçmiş qadın döyüşçü, snayper, əsgərlər arasında Anahit kimi tanınan Qalsyan olub. O, işğal altında olan Kəlbəcərə səfər edərək erməni əsgərlərlə görüşüb. Ancaq çətin ki, Anahitlərin ön cəbhəyə səfəri ordumuzun həmləsindən sonra qorxuya döşən erməni əsgərlər üçün təsəlli olsun. Ermənistan Ordusunda ruh düşkünlüyü o həddə çatıb ki, əsgərlərimizin növbəti həmləsi zamanı postları yenidən qoyub qaçacaqlar.     

BAKU.WS