SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 
Yerevandakı "Erebuni" aerodromunda 9 May Qələbə Günü münasibəti ilə avişou olacaq.
 
BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir. Ermənistanda "Erebuni" hərbi təyyarə bazasının vertolyotlarının ekipajları Yerevanda təntənəli tədbirdə iştirak edəcək. 

Təntənəli tədbirdə Mi-24P və Mi-8MT hərbi vertolyotlarının ekipajları uçuşlar edəcək. Helikopterlər şou göstərmək üçün artıq təlimlərə başlayıb.  

Xatırladaq ki, Yerevanda yerləşən "Erebuni" aerodromunda Rusiya təyyarə bazası 1995-ci ildən fəaliyyətə başlayıb. 1998-ci ilin noyabrında Rusiya Federasiyasından bazaya çoxfunksiyalı qırıcılar an-29 göndərilib. 
 
BAKU.WS